Oğuzda yol tikintisinə vəsait ayrılıb
Prezident İlham Əliyev “Oğuz rayonunun Bucaq–Muxas–Baş Daşağıl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Bucaq–Muxas–Baş Daşağıl avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Xəbər 36 dəfə oxundu.