Təyyarə qəzasında ölən qızlar yaxın rəfiqə olublar
San-Fransiskoda "Boinq-777" aviaqəzasında həlak olan Çindən olan iki məktəbli qız bir-birinə daha yaxın olmaq üçün qonşu yerlərə oturublar.San-Fransisko aeroportunda “Asiana” Airlines aviaşirkətlərinin "Boinq-777" sərnişin laynerinin qəzasının tək qurbanları - 17 yaşlı Van Linszya və 16 yaşlı Ye Menyuyan öz məktəblərində ən yaxşı rəfiqələr və müvəffəqiyyətli məktəbli qızlar idilər. Təsəlli tapmayan qohumlar əmindirlər ki, ayrılmaz qızlar yerə enmə vaxtı bölünən təyyarədə özlərinə qonşu yerləri seçmişdilər.
Linszya və Menyuyan ABŞ-da yay düşərgələrindən birində ingilis dili təhsil almaq üçün 30 Çin məktəblisindən ibarət qrupa daxil olub. Hər bir şagirdin ailəsi 5000 dollar səfər üçün ödəyib. Rəsmi məlumatlara əsasən, təyyarə enmə vaxtı çox aşağı sürətə görə qəzaya düşüb. Bundan başqa, məlum oldu ki, "Boinq-777-də" uçan pilot-stajor layneri 43 saat tək idarə edib.

Elnarə

Xəbər 412 dəfə oxundu.