Düyülü toyuq dolması
Tərkibi:

1 su st düyü
4 parça toyuğun döş əti
2 su st su
yarım quru soğan
40 qram fıstıq
yarım çay st reyhan
bir çimdik zərdəçal
sürtgəcdən keçirilmiş muskat (kiçik hindistan qozu)
istiot
1 y/q zeytun yağı
yarım ç/q kərə yağı

Hazırlanması:

Toyuq ətlərini ortadan ikiyə bölün və ət döyəci ilə döyün. Zeytun yağını və kərə yağını tavada isidin. Üzərinə doğranmış soğanı və fıstıqları əlavə edərək qızardın. Düyünü əlavə etdikdən sonra qarışdırmağa davam edin.
Bütün ədviyyatları əlavə edin. Düyü suyunu çəkdikdən sonra reyhanları üstünə sərib soyumağa qoyun. Naziklənmiş toyuq ətlərinin içinə düyülü qarışımı qoyub dolma kimi bükün. Daha sonra sobanı 180 dərəcə isidin. Alminium kağız sərilmiş listə yerləşdirib yarısına qədər su doldurun. 30 dəqiqə bişirin.

Xəbər 269 dəfə oxundu.